Vizual roman

Vizual roman (ビジュアルノベル, Bijuaru noberu?) — sabit qrafiklərə, anime stilinə, bəzən isə videometraja[1] malik olan interaktiv videooyun.[2][3] Adından bəlli olduğu kimi bu növ oyunlar romanın videooyun versiyasını xatırladır.

Yaponiya terminologiyasında vizual romanlar ilə yapon macəra oyunları arasında fərqləndirmə qoyulub: vizual romanlar (NVL kimi ixtisar olunur) başlıca olaraq hekayələr üzərində qurulub, oyunçudan az qarşılıqlı təsir tələb edir. Yapon macəra oyunlarında (ADV və ya AVG kimi ixtisar olunur) isə əsas hədəf qarşıya qoyulan problemləri həll etməkdir. Digər ölkələrdə ADV və NVL-lər sadəcə "vizual roman" adlandırılır. Vizual romanlar Yaponiyada geniş yayılmışdır. 2006-cı ildə Yaponiyada istehsal olunmuş PC oyunlarının 70 %-ni vizual romanlar təşkil etmişdir.[4]

Vizual romanlar çox nadir hallarda videooyun konsolları üçün istehsal olunurlar. Amma populyar vizual romanlar bəzən Sega Saturn, Dreamcast, PlayStation Portable və Xbox 360 konsollarına uyğunlaşdırılır. Məşhur vizual romanlar əsasında adətən ranobe, manqa, anime adaptasiyaları hazırlanır. Şərqi Asiyadan xaricdə vizual roman bazarı elə də böyük deyil. Buna baxmayaraq, vizual romanlar əsasında çəkilmiş bir çox animelər Qərb dünyasında yaşayan anime fanatları arasında populyardır.

  1. Ray Barnholt. "The Weird World of Japanese "Novel" Games". 2012-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2016.
  2. Cavallaro, Dani. Anime and the visual novel: narrative structure, design and play at the crossroads of animation and computer games. McFarland & Company. 2010. səh. 8. ISBN 0-7864-4427-4. İstifadə tarixi: 16 aprel 2016.
  3. Lebowitz, Josiah; Klug, Chris. Japanese Visual Novel Games // Interactive storytelling for video games: a player-centered approach to creating memorable characters and storie. Burlington, MA: Focal Press. 2011. 192–4. ISBN 0-240-81717-6. 2014-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2016. Visual novels (or sound novels, as they’re sometimes called) are a popular game genre in Japan.
  4. "AMN and Anime Advanced Announce Anime Game Demo Downloads". Hirameki International Group Inc. 8 February 2006. 29 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2016.

Developed by StudentB